Malik Həsənov görüş keçirib

Bu gün 67 saylı Cəlilabad şəhər seçki dairəsindən millət vəkili seçilmiş Malik Həsənov rayonun Şorbaçı kəndində seçicilər ilə görüşüb.

XALQ.AZ xəbər verir ki, görüşdə ətraf kəndlərdən Boyxanlı və Cəlayir kənd sakinləri də iştirak edib.

Sakinlərin şikayət və təkliflərini dinləyən deputat, qaldırılan məsələlərin müvafiq aidiyyəti qurumlara icra olunması üçün tapşırıb.

Məsələlərin  bəziləri yerindəcə öz həllini tapıb. Digər məsələlələr isə nəzarətə götürülüb.

 

Orxan