Maliyyə Bazarlarına Nəzarət Palatası Gəncə şəhərində təlim keçirib

Maliyyə Bazarlarına Nəzarət Palatası Gəncə şəhərində təlim keçirib.

XALQ.AZ xəbər verir ki, MBNP-nin mətbuat xidmətindən  bildiriblər ki, “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “2.1.4. Sahiblik düşüncə tərzinin dəyişdirilməsi” tədbiri üzrə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) 2017-2018-ci illər üzrə təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində maliyyə savadlılığı üzrə tədbirlərin həyata keçirilməsi davam edir. Bununla əlaqədar olaraq, palatanın mütəxəssisləri tərəfindən Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universiteti və Gəncə Dövlət Universitetinin tələbələri üçün “Kapital bazarları vasitəsilə maliyyələşmə və listinq” mövzusunda təlim təşkil olunub.

Kapital bazarının iştirakçıları və alətləri, investisiya qiymətli kağızları, kapital bazarlarında maliyyələşmə, investisiya xidmətlərinin növləri və emitentlərin Bakı Fond Birjasında listinqinə dair nəzəri və praktiki mövzuları əhatə edən təqdimat tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

İnteraktivlik və müzakirə formatında keçən tədbirin ən aktiv iştirakçıları Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sertifikatlarla təltif ediliblər.

 

Elgün