Manaf Ağayev: “Bizə əsər yox, çörək lazımdır”

Bəstəkar Nadir Əzimov ARB TV-də yayımlanan “Səhər-səhər” proqramında qonaq olub.

XALQ.AZ xəbər verir ki, veriliş zamanı aparıcı Rövşanə Bektaşi “Bugünkü musiqimizə beş ballıq cədvəllə hansı qiyməti verərsiniz” sualını ünvanlayıb.

Bu zaman proqramda qonaq olan Manaf Ağayev “Sənin yerinə olsam, tərifləyərəm. Özümü pis kişi etmərəm. Onsuz da sən desən də, deməsən də, biz bunu oxuyacağıq. Əsər də oxuyuram, amma indi əsər lazım deyil, çörək lazımdır. Zövq nədir? Deyə-deyə qalmadı” sözləri ilə sənətçiyə məsləhət verib.

N.Əzimov isə “O zaman biz batıb gedirik”, – deyə, müğənniyə cavab verib.