Manaf Ağayev üzr istədi – Polisə çağırılıb – VİDEO

Müğənni Manaf Ağayev efirdə arvadının başını kəsə biləcəyi barədə çıxışına görə polisə dəvət olunub.

XALQ.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni Manaf Ağayev Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunaraq, onunla profilatik söhbət aparılaraq sərbəst buraxılıb. O, hərəkətindən peşman olduğunu bildirərək üzrxahlıq edib.

Məlumatı Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya təsdiq edib.

XALQ.AZ