Maqnit qasırğası olacaq? – Rəsədxana bu barədə

İyunun 10-12-də geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır, lakin fasilələrlə kiçik həyəcanlaşmaların meydana gələcəyi də istisna edilmir.
XALQ.AZ məlumat verir ki, bu barədə AMEA Şamaxı Astrofizika Rəsədxanası bildirib.
Rəsədxanadan bildirilib ki, iyunun 10-11-də maqnit qasırğasının yaranması ehtimalı 5%-dən, 12 iyunda isə 25%-dən aşağı qiymətləndirilir.
Ümumilikdə iyunun 10-12-də Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.
Proqnoz dövründə Günəş küləyi parametrləri üçün fəal şərait davam edəcək. Əsasən 11-12 iyunda Günəş küləyinin güclənəcəyi gözlənilir.

Yeganə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.