Markaryan özünə qəsd etdi

marka

Ramil Səfərovun öldürdüyü erməninin atası özünü doğradı

Azərbaycanlı zabit Ramil Səfərovun qətlə yetirdiyi erməni zabit Qurgen Markaryanın atası Artuş Markaryan özünü öldürmək istəyib. Lent.az-ın “Faktİnfo” agentliyinə istinadən verdiyi məlumata görə, A.Markaryanın hadisə İrəvanın Muş məhəlləsindəki mənzilində baş verib.
O, bıçaqla özünə bir neçə zərbə endirib və venalarını kəsib. A. Markaryan səhərə yaxın “Malatiya” tibb mərkəzinə çatdırılıb və əməliyyat olunub. İlkin məlumatlara əsasən, ata Markaryanın mədəaltı vəzisi zərər çəkib. Hazırda onun vəziyyəti kifayət qədər ağır qiymətləndirilir: “O, aparatla nəfəs alır. Əməliyyat uğurla keçdi, qanaxma dayandı, lakin daxili orqanlar zərər görüb” Qonşuların sözlərinə görə o uzun illrədi ki,içki düşkünüdür artıq özünü idar edə bilmirdi.  Son zamanlar artıq vəziyyəti gərginləşirdi və küçədə hamını təhqir edirdi. Görünür içki düşkünü olan Markaryan özünə qəsdi içkili vəziyyətdə edib.