Market və supermarketlərin iş rejimi də dəyişir? – Rəsmi

Sosial şəbəkələrdə və “Votsap” ani mesajlaşma əlavələri vasitəsilə koronavirus infeksiyasının yayılmasına yol verməmək üçün Bakı şəhərində ərzaq mağazalarının bağlanacağı və onların iş rejiminə ciddi fasilələr tətbiq olunacağı barədə səs yazısı yayılır.

XALQ.AZxəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Hazırda əhalinin sağlamlığının etibarlı qorunması və koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində ərzaq mağazaları, market və supermarketlərin iş rejimində dəyişiklik olmayacaq.

Yayılan iddia şayiə xarakterlidir və cəmiyyətdə süni ajiotaj yaratmaq məqsədi daşıyır. Hazırda aidiyyəti orqanlar tərəfindən bu tipli şayiə yayan şəxslərin aşkarlanması və onların barəsində hüquqi məsuliyyət tədbirləri görülməsi üçün müvafiq iş aparılır.