Xəbər verdiyimiz kimi, 20-24 mart tarixləri Novruz bayramı günləridir.

Əmək Məcəlləsinə əsasən, istirahət günləri bayram günləri üst-üstə düşərsə, həmin istirahət günləri bayram günündən sonrakı iş gününə keçirilir. 22-23 mart tarixləri şənbə və bazar gününə təsadüf edir, ona görə də 25-26 mart tarixləri də qeyri-iş günü olacaq.

İki gün (27-28 mart – cümə axşamı və cümə günləri) iş gününün ardınca 29-39 mart – şənbə-bazar günləri gəlir. Bazar günü – 30 mart həm də Ramazan bayramının ilk günüdür. Belə ki, bu il Ramazan bayramı 30-31 mart tarixlərində qeyd ediləcək. Buna görə də 30 mart bazar günü 1 aprel tarixinə keçiriləcək və 29 mart-1 aprel günləri də qeyri-iş günü olacaq.

Beləliklə, 20 martdan 1 aprelə qədər yalnız 27-28 mart iş günləridir.

 

Qeyd edək ki, qeyri-iş günlərinin ardıcılığını təmin etmək üçün adətən Nazirlər Kabineti iş və istirahət günlərinin yerini dəyişdirir. Bu baxımdan 20 mart-1 aprel tarixlərinin ardıcıl qeyri-iş günü olacağı istisna edilmir.


media-ads-728x90

Bənzər xəbərlər