Masallı stadionu örtülü stadiona çevrilir

Masalli stadionu

Masallı stadionunda təmir işləri başlanır

Masallılı futbol azarkeşlərinin müraciətinə həssaslıqla yanaşan məşhur iş adamı Mübariz Mənsimov Masallı stadionunun müasir tələblər səviyyəsində qurulmasına start verib. Fevralın 14-dən başlayaraq Anatoli Banişevski adına Masallı şəhər stadionunun yenidən qurulmasına başlanılıb. İndi burada söküntü işləri aparılır, tribuna, köhnə panellər sökülür, yeni meydançanın qurulmasına hazırlıq işləri görülür.
7 min tamaşaçı tutan bu stadionun tamaşaçılar olan hissəsi örtülü olacaq. Burada həmçinin idmançılar üçün otel, istirahət otağı və digər yardımçı otaqlar, 2 yardımçı stadion tikiləcək. Bu stadion Sumqayıt şəhər stadionuna bəzər formada inşa olunacaq.

Cenubxeberleri.com