Masallıda ər arvadını öldürüb

olum

Masallı rayonunda qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Masallı şəhərinin Dadva adlanan ərazisində qeydə alınıb. Şəhər sakini, 1988-ci il təvəllüdlü Mirpaşa Mirsalman oğlu Ağayev ailə münaqişəsi zəminində həyat yoldaşı, 1987-ci il təvəllüdlü Aysel İbrahimxəlil qızı Xancanovanı bıçaqla bədən xəsarəti yetirməklə öldürüb. M.Ağayev saxlanılaraq istintaq orqanlarına təhvil verilib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.