Masallıda 350 min manatlıq maxinasiya

Masall; Giris

«Aqrolizinq» ASC Masallı rayon filialının direktoru Eldar Hüseynov və Masallı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi rayon şöbəsinin müdiri Hamil Hadıyev Masallı Meşə Mühafizəsi və Bərpası idarəsinə aid olan 2500 hektara yaxın əkinə yararsız torpaqları əkin sahəsi kimi sənədləşdirərək dövlətin 350 min manat vəsaitini mənimsəyiblər

Dövlətin kənd təsərrüfatının inkişafına ayırdığı subsidiyalar hələ də bir çox məmurlar tərəfindən saxta sənədlər əsasında mənimsənilir. Dövlət başçısı İlham Əliyev bir müddət əvvəl bu sahədə şəffaflığın olmadığını bildirsə də və məmurlara xəbərdarlıq etsə də, hələ də bir çox məmurlar dövlətin ayırdığı subsidiya vəsaitlərini müxtəlif yollarla mənimsəməklə məşğuldurlar.
XALQ.AZ  xəbər verir ki, bu barədə PİA.AZ-a Masallıdan daxil olan məlumatda bildirilir ki, «Aqrolizinq» ASC Masallı rayon filialının direktoru Eldar Hüseynov və Masallı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi rayon şöbəsinin müdiri Hamil Hadıyev Masallı Meşə Mühafizəsi və Bərpası idarəsinə aid olan 2500 hektara yaxın əkinə yararsız torpaqları əkin sahəsi kimi sənədləşdirərək dövlətin 350 min manat vəsaitini mənimsəyiblər.
Daxil olan məlumatda göstərilir ki, Eldar Hüseynov və Hamil Hadıyev həyata keçirlikləri saxta subsidiya əməliyyatı nəticəsində hərəsinə 100 min manat qazanc əldə ediblər. Yerdə qalan 150 manat vəsaiti isə Masallı rayon İcra Hakimiyyətinin başçısı Ravil Hüseynova çatdırıldığı iddia olunur.
Eldar Hüseynov Masallı “Aqroservis” idarəsinin direktoru Qafil Məmmədovla əlbir olaraq sahibkarlara üçün dövlət tərəfindən verilən 20 tona yaxın traktor yağını və nitrozazafko, azot gübrələrini müxtəlif şəxslərin adına yazdıraraq qara bazarda satdıraraq 80 min manata yaxın qazanc əldə ediblər.
Yazıda adı keçən şəxslərin mövqyeini dərc etməyə hazırıq…