Masallıda direktorlar zinhara gəlib

 

01

Astan İbişov onlardan Təhsil Nazirliyinə vermək üçün 600 manat məktəbli geyimi pulu istəyir

 

Masallı rayonunda fəaliyyət göstərən orta məktəblərin direktorları təhsil şöbəsinin müdiri Astan İbişovun əlindən zinhara gəlib. Bu barədə Xalq.az-a məktəb direktorlarından bir neçəsi məlumat verib. Həmin məlumatda deyilir ki, problemin yaranmasına səbəb məktəbli geyimləridir. Belə ki, Astan İbişov bir müddət əvvəl bütün direktorları başına yığaraq, onların hər birindən 600 manat pul tələb edib. Fikrini də belə əsaslandırıb ki, Təhsil Nazirliyindən yoxlama gələcək və həmin pullar da nazirliyin işçilərinə veriləcək. Direktorlar deyirlər ki, hər ay onlardan müxtəlif bəhanələrlə pul yığılır. Jurnal, tabaşir və ya digər bir ad altında toplanan pulların kimə çatdığı isə naməlum olaraq qalır. Onların qənaəti belədir ki, təhsil şöbəsinin müdiri bu pulları özünə götürür.

Respublikada bütün sahələrdə olduğu kimi təhsil sahəsindədə islahatlar aparılır.Gənclərimizin yüksək təhsil alması üçün lazımi tədbilrər görülür. Paytaxtda və bölgələrdə yeni təhsil müəssələri şağirdlərin istifadəsinə verilib. Lakin Masallıda da yeni təhsil ocaqları yaransada Astan İbişov öz əməllərindən əl çəkmir. Belə ki, Masallı təhsil sistemində olan nöqsanlar daha da artır. Görünür Astan İbişovu qoruduğu adam yeni təhsil nazirinin islahatlarında xəbəri yoxdur.

 

 

Qarşı tərəfindən mövqeyini dərc etməyə hazırıq