Masallıda direktorlara odun “zərbəsi”

Təhsil şöbəsinin müdiri Astan İbişov qış hazırlıq dövründən “səmərəli” istifadə yolu tapıb

 Xalq.az Informasiya agentliyi olaraq hər zaman şəxsi ambisiyalar üzərində fəaliyyətlərini quran şəxslərlə mübarizə apararaq Azərbaycan gəncləyinə və gələcəyinə xidmət etməyənləri aşkar etməyi özümüzə borc bilirik. Ölkə başçısının yürütdüyü düşünülmüş  strategiya  xalqa xidmət etmək, və vətənimizin qüdrətlənməsini təmin olunmasına nail olmaqdır. Bütün bunlara baxmayaraq bəzi yerli məmurlar dövlətimizn adına ləkə gətirirlər. Onlar dövlət başçısının göstəriş və tapşırıqlarını bir kənara qoyub şəxsi mənafeylərini düşünürlər. Belə məmurlardan biri də Masallı rayon təhsil şöbəsinin müdiri Astan İbişovdur.

Xalq.az xəbər verir ki, Masallı orta məktəblərində qış hazırlıq dövrü artıq start götürüb. Bununla əlaqədar olaraq təhsil ocalarının qış aylarında qızdırılması üçün odun tədarükünə başlanılıb. Təhsil şöbəsinin müdiri hər olduğu kimi bu ildə qışa hazırlığından “səmərəli” istifadə etməyə çalışır. Belə ki, bu məqsədlə dövlət büdcəsindən ayrılan pullar qalıb. Odun tədarükü isə məktəb direktorlarının boynuna qoyulub.Bunula bağlı Masallı təhsil şöbəsinin müdiri Astan İbişov direktorların iclasını keçirib və qış hazırlığı ondan kömək gözləməmyi deyib. Ardından isə direktorlara tapşırıb ki,qısa müddətdə (sentyabrın14-dək) odun pullarını yığaraq ona təhvil verilməsini tələb edib.

 

P.S Keçən il apadığımız araşdırmalar nəticəsində cox maraqlı kadrlar qeydə almışıq. Onlara heç bir şərh vermədən oxuculara təqdim edirik.

 

Qarşı tərəfindən mövqeyinidə dərc etməyə hazırıq.