Masallıda hərbi bilet bazarlığı

Masalli-Herb

General-leytenant Arzu Rəhimovun rəisi olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əksər rayon şöbələrində bir sıra qanun pozuntularına yol verildiyi dəfələrlə hərbi ekspertlər tərəfindən təhlil olunub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yarandığı gündən indiyədək hərbi xidmətə yararsız yüzlərlə gəncin ordu sıralarına cəlb edildiyi isə rəsmi faktlarla sübuta yetirilib.

Amma məsələlər bununla bitmir Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şəbələrində hərbi xidmətə yararsız gənclərin ordu sıralarına çağrılması ilə yanaşı tam sağlam şəxslərə yararsız adı verilməsi təcrübəsi də var. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsində baş verən qanunsuzluqlarla bağlı redaksiyamıza ilginc məlumat daxil olub. Həmin məlumatda xidmətin Masallı rayon şəbəsində rüşvətlə gənclərə xidmətə yararsız olması ilə bağlı hərbi bilet verilir: «Bir müddət öncə Kiçikbəyova Aslan Ələkbər oğluna 2 min manat müqabilində belə bir hərbi bilet verilib. Bu işdə araçılığı isə rayonun Tatyan kənd sakini Müqəddəs adlı şəxs edib”. Məsələ ilə bağlı məlumatlı mənbənin sözlərinə görə adıçəkilən araçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şobəsinin rəisinin qardaşıdır.

Onu da bildirək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şobəsinin rəisi Rəsul Quliyevi bu vəzifəyə yeni təyin olunub. Rəsul Quliyev beş il bundan əvvəl hərbi komissarlıq sistemindən təqaüdə çıxmışdı. Amma Arzu Rəhimov onu yenidən qabağa çəkib.

Mövzunu diqqətdə saxlayacağıq.

cumhuriyyet.az