Masallıda polisi bıçaqlayan hansı məmurun qohumudur? (FOTO)

bicaq

Xəbər verdiyimiz kimi, mayın 12-də saat 12 radələrində Masallı şəhəri Füzuli küçəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Muxtarov xidmətdə olan Masallı RPŞ Dövlət Yol Polisi Bölməsinin YPX inspektoru, polis serjantı Ariz İsmayılovun döş nahiyəsinə bıçaqla iki dəfə xəsarət yetirib və hadisə yerindən qaçıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, A.İsmayılov xəstəxanaya yerləşdirilib. Nazirliyin məlumatında o da bildirilir ki, Ruslan Muxtarov yol polisi əməkdaşını heç bir səbəb olmadan vurub. Faktla əlaqədar rayon prokurorluğu tərəfindən cinayət işi başlanıb.

XALQ.AZ Masallı RPŞ-dən aldığımız məlumata görə, Ruslan Muxtarov hadisə yerindən qaçmışdır. Ruslanın Masallı rayon əmək müfəttişliyinin rəisi Ərəstun Əbilovun qaynı oğludur. Elə məhz qohumuna güvənən Ruslan uzun müddətdir ki, Masallıda qoçuluq edir. Məlumata görə, Ruslan Muxtarov 5-6 il bundan əvvəl Masallının Qızlavar kəndi ərazisində Xəqani adlı yol polisi əməkdaşını da vurub. Hazırda Ərəstun Əbilovun adamları A.İsmayılovun yaxınları ilə danışıqlar aparıb onları Ruslanla barışığa məcbur edirlər.

Ariz