Masallıda «Yen il pulu» da yığılırrmış

18

Masallının təhsil şöbəsinin müdiri pul qazanmaq üçün bütün vasitələrə baş vurmaqda davam edir

 

Masallının təhsil şöbəsinin müdiri Astan İbişov ilin sonuna yaxın rayondakı bütün orta məktəblərin direktorlarını başına yığaraq, onlardan pul yığmağa başlayıb. Bu barədə Xalq.az-a rayon məktəblərində çalışan müəllimlər məlumat veriblər.

 

Həmin məlumatda deyilir ki, Astan İbişovun bu dəfə pul yığma hədəfi isə Yeni İl Şənliklərinin təşkili və icra başçısına Dünya Azərbaycanlıların Həmrəylik Günü ilə əlaqədar hədiyyənin alınması olub. Məlumatlara görə, təhsil şöbəsinin müdiri hər bir direktordan 200 manat istəyir. Masallıda isə 100-dən artıq orta məktəb fəaliyyət göstərir. Bu da o deməkdir ki, təhsil şöbəsinin müdiri «Yeni il pulu» adı altında 20 min manat «qazanmaq»  fikrindədir.

 

Qarşı tərəfindən mövqeyini dərc etməyə hazırıq