Masazır bələdiyyəsində dava

dava

Masazırda bələdiyyə üzvlərinin iclasında qan tökülüb. Bu barədə Xalq.az daxil olan məlumatda deyilir ki, bələdiyyə üzvlərinin iştirakı ilə keçirilən iclasda Masazır Bələdiyyəsinin sədri Siyanfər Əliyevin müavini Maşallah Abışovla komissiya sədri Niyaz Qubadov arasında dava düşüb.

Məlumata görə, davaya səbəb N.Qubadovun bələdiyyə sədrinin imzaladığı qanunsuz əmrlərdən birinə etiraz etməsi olub. Belə ki, iclasda bələdiyyə sədri Siyanfər Əliyevi kəskin tənqid edən və onun qanunsuz əmrlərinə etiraz edən komissiya sədri N.Qubadov sədrin müavini M.Abışovun kəskin narazılığı ilə qarşılaşıb. Tərəflər arasında yaranan mübahisə qızışıb.

M.Abışov otaqda əlinə keçən böyük qıfılı N.Qubadovun başına vurub. Bunun ardınca başı qana boyanan N.Qubadovun üstünə Təcili Tibbi Yardım maşını çağırılıb. Məlumatda bildirilir ki, davada yaralanan N.Qubadov xeyli qan itirib.
Hadisə barədə ətraflı məlumat verəcəyik.