“Maşın” da bu da oldu-Video

Maşın”ın finalında səhhətində yaranan problemlərə göərə əlini çəkən reper Uran şoudan uzaqlaşdırdığı aparıcı Aytən Səfərova haqqında iddialı açıqlamalar verib.

XALQ.AZ xəbər verir ki, Baku TV-yə açıqlama verən reper Aytəni Rozanın sözü ilə yox, ikiüzlü olduğu üçün çıxardığını qeyd edib.

O bildirib ki, A. Səfərova “M Group Production”ın işçilərinə və iştirakçılara hamilə olduğunu bildirib. Lakin testlər nəticəsində aparıcının hamilə olmadığı üzə çıxıb:

“Bizə hamilə olduğunu demişdi. Buna görə də onu qarşıdurmadan uzaq tutmaq istəyirdik. Lakin sonra məlum oldu ki, o, hamilə deyil. Mən kiminsə sözü ilə onu çıxarmamışam və kişiliyimi itirməmişəm. Aytən ikiüzlü olduğu üçün onu çıxardıq”.

Sözügedən açıqlamanı təqdim edirik: