“Maşın”ın finalçıları bəlli oldu – Video

Bu gün “Maşın” realiti-şousunun “Maskarad” buraxılışının sonuncu səsverməsi keçirilib.

XALQ.AZ xəbər verir ki, iştirakçılar aparıcı Kəmalə Piriyevanın şəklini ataraq onu SMS səsverməsinə göndəriblər. Kəmalə hədəf olaraq həmkarı Lalə Mustafayevanı göstərib. Ancaq Piriyeva 52,21% “Getsin”llə şouda mübarizəni dayandırıb.

Qeyd edək ki, bununla da finala müğənni Ramal İsrafilov, aparıcı Suna Qasımoğlu və Lalə Mustafayeva çıxıb.  


Orxan