Masonlar Anıtkabiri ziyarət etdi

 

10

Türkiyənin müxtəlif şəhərlərindən paytaxt Ankaraya toplaşan “Azad və qəbul edilmiş masonlar böyük lojası”nın üzvü olan bir qrup mason Türkiyə respublikasının qurucusu Atatürkün movzleyini ziyarət ediblər. Yerli mətbuatın xəbərinə görə, ziyarət Cümhuriyyətin qurulmasının 90 illiyi münasibəti ilə baş tutub.

Movzley ziyarəti lojanın böyük ustadı Ömər Köklərlə birlikdə foto-şəkil çəkdirilməsi və 1 dəqiqəlik sükutla başa çatıb.