Maykl Ceksonun yeni klipi (VİDEO)

“Twitter”də Maykl Ceksonun yeni klipi təqdim olunacaq.

XALQ.AZ-ın məlumatına görə, mərhum pop musiqisi kralı Maykl Ceksonun yeni klipi videomusiqi tarixində yeni səhifə açacaq.

“Michael Jackson World Network” nəşri xəbər verir ki, “A Place With No Name” mahnısının videolenti əfsanəvi müğənninin pərəstişkarlarına avqustun 13-də “Twitter” mikrobloqları vasitəsilə təqdim olunub. Eyni zamanda videoçarx Nyu-Yorkun “Tayms” bağındakı böyük ekranda yayımlanıb. Bu çarx premyerası “Twitter”də baş tutan ilk musiqi klipi olacaq.

Videoçarxın rejissoru “Rolling Stones” və “Nirvana” kimi işləri ilə tanınmış klipmeyker Semuel Beyerdir. “A Place With No Name” Ceksonun vəfatından sonra onun cari ilin mayında buraxılmış yeni “Xscape” albomundan sonra ikinci sinqli olacaq.

“A Place With No Name” kompozisiyası America qrupunun məşhur “A Horse With No Name” xitinin remeykidir. Cekson bu treki 1998-ci ildə reper Dr Frize ilə birlikdə yazmışdı.