MDB İcraiyyə Komitəsinin sədri Azərbaycana gələcək

MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev Azərbaycana səfərə gələcək.

XALQ.AZ xəbər verir ki, S.Lebedev Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək.

Qeyd edək ki, iclas oktyabrın 30-da Bakıda keçiriləcək.