MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilir

Aprelin 5-də Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilir.

XALQ.AZ  xəbər verir ki, iclasda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Nazirlərin aktual regional və beynəlxalq məsələləri, MDB formatında qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə edəcəkləri, hüquq mühafizə, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəldilmiş bir sıra sənədlər imzalayacaqları gözlənilir.

Orxan