media-xalq
“Dəfələrlə Mədəniyyət Nazirliyinə məktub yazmışam. Onlar mənim kimi qocaman sənətkarlarla maraqlanmır”.
 
XALQ.AZ xəbər verir ki, bu sözləri AZXEBER.COM-a açıqlamasında Xalq artisti Ceyran Haşımova deyib.
 
90 yaşlı xalq artisti səhhətindəki problemlərdən danışıb:
“Təzyiq xəstəsiyəm, çox əziyyət çəkirəm. Mənim artıq 90 yaşım var, yaş öz sözünü deyir. Artıq xəstəxanaya da getməkdən imtina edirəm. Özüm dərmanlarımı yaxşı bilirəm, özüm-özümü müalicə edirəm. Səsim hər kəsi aldadır, elə bilirlər yaxşıyam. Amma inanın ki, yaxşı deyiləm, çox yorulmuşam”.
Xalq artisti “Şöhrət” ordeni almaq üçün dəfələrlə Mədəniyyət Nazirliyinə məktub ünvanlasa da, cavab ala bilmədiyini deyib: 
“Çox təəssüf edirəm ki, nazirliyimiz mənim kimi qocaman sənətkarlarla maraqlanmır. Xalq artistiyəm, Prezident təqaüdçüsüyəm, “Şöhrət” ordeni almalıyam, amma ala bilmirəm. Daha doğrusu vermirlər. Dəfələrlə Mədəniyyət Nazirliyinə məktub yazmışam, deyirlər ki, bu işə baxılacaq. Nə vaxt baxılacaq? Mən öləndən sonra? Artıq mənim 90 yaşım var, daha nə qədər yaşayacağam ki? Mən Azərbaycanda yeganə xalq artisti olan xanım tarzənəm. Amma görürsüz ki, nazirliyə bu maraqlı deyil. Mən mədəniyyətimiz üçün çox işlər görmüşəm, Azərbaycanın bütün rayonlarını, xarici ölkələri gəzmişəm, əsgərlərimizin önündə çıxışlar etmişəm. Bir ananın üç qızı olanda onlara baxa bilmir. Amma mən o boyda “Lalə qızlar” ansamblını yığıb hər yerə aparmışam. Bunların hamısı əziyyət idi. Bütün mətbuat bizdən yazırdı. Amma bu gün bunların heç bir dəyəri yoxdur”.

media-ads728x90

Bənzər xəbərlər