Mehdiabadda aksiya gözlənilir- (FOTOLAR)

Yol-2

Bələdiyyəsinin sədrinin qəsəbənin yollarını satması əhali ilə yerli hakimiyyət arasında qarşıdurma yaradıb

Mehdiabad qəsəbəsində əhali ilə yerli İcra Hakimiyyəti orqanları arasında ciddi narazılıq yaranıb.

XALQ.AZ xəbər verir ki, JAM.AZ-a verilən məlumata görə, hazırda qəsəbədə satılmış hektarlarla ərazidə tikinti işlərinə icazə verilməsi yerli sakinləri çıxılmaz vəziyyətə salıb.

Belə ki, bələdiyyə sədri Əbülfət Dünyamalıyevin qəsəbənin hətta yollarını belə satması tərəflər arasında münaqişəli durum yaradıb. Məlumatda qeyd edilir ki, əslində münaqişəli vəziyyət hələ İsmayıllı hadisələri öncəsi yaranmışdı. Qeyd olunur ki, o zaman 15 nəfərdən ibarət qəsəbə sakini Abşeron rayon İcra Hakimiyyətinin binası önünə toplaşaraq, yaranmış vəziyyətə etiraz ediblər. İcra başçısı Zakir Fərəcov isə şikayətçiləri qəbul edərək, onların problemlərinin həllinə yardımçı olacağına vəd verib. Eyni zamanda, icra başçısı Mehdiabad qəsəbə nümayəndəsi və bələdiyyə sədrinə qısa müddətdə küçənin satılmış hissəsinin açılması tapşırığını verib.
Fotoda görünən yolun qurtaracaqlarının hər iki tərəfi satılıb. Bir qismi yaşayış evi kimi nəzərdə tutulsa da, digər bir qismi ticarət obyeykti kimi qərarlaşdırılıb. Bələdiyyə sədri Əbülfət Dünyamalıyevin əraziləri satması səbəbindən camaat onlarla da görüşüb və o, camaata göz verib ki, yolun ortası da mərkəzə çıxan hissədən açılacaq, üstəlik, tarktorlarla bir sıra abadlıq işləri də aparılacaq.

Lakin bələdiyyə sədri nə icra başçısının tapşırığını, nə də yolu açmaq kimi bir niyyəti olmadığından başqa bir planını işə salıb. Verilən məlumatda deyilir ki, Ə.Dünyamalıyev vəziyyətin onun xeyrinə olmadığını görərək, şikayətçi düşmüş sakinlərin biri ilə münaqişəli vəziyyət yaradıb. Ardından polis əraziyə dəvət edilir və Rövşən adlı qəsəbə sakini həbs olunur. Camaatın xahişindən sonra saxlanılmış şəxs 7 sutka həbs cəzası alır və məsələ də həmin dönəmdə bağlanır. Üstəlik, camaatı «üsyan etməkdə» təqsirli bilinərək, şikayətlərinə baxılmayacağı qərarı verilir.

Yol-3

Yol-4

Yol-6

zibil