Mehriban Əliyevadan Ali Baş Komandana dəstək

prez

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bu gün Azərbaycan Ordusunun Cəbrayıl şəhəri və bir neçə kəndi işğaldan azad etməsi münasibətilə “Instagram”da paylaşım edib.

XALQ.AZ xəbər verir ki, Mehriban Əliyeva sosial şəbəkə hesabında Prezident Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusunun uğuru ilə bağlı “Twitter” statusunu paylaşıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Twitter”də bu gün işğaldan azad edilən ərazilərlə bağlı paylaşım edib.

Dövlət başçısı yazıb:

“Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!”