Mehriban Əliyeva: “Azərbaycanın uğurlu inkişafı davamlı olsun”

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsində 12 noyabr – Konstitusiya Günü münasibətilə xalqı təbrik edib.

XALQ.AZ xəbər verir ki, Birinci vitse-prezidentin paylaşımında deyilir:

“Əziz həmvətənlər!

Sizi Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram. Arzu edirəm ki, Azərbaycanın uğurlu inkişafı davamlı olsun, ölkəmizdə daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün!”

Orxan