Mehriban Əliyeva Matviyenko ilə görüşdü

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

XALQ.AZ xəbər verir ki, Mehriban Əliyeva Valentina Matviyenkonu Azərbaycanda salamlayaraq, onun ölkəmizdə hər zaman arzuedilən qonaq olduğunu deyib.

Mehriban Əliyeva rusiyalı qonağı yubileyi və təltif edildiyi mükafatlar münasibətilə təbrik edib, Valentina Matviyenkoya gələcək fəaliyyətində yeni nailiyyətlər arzulayıb.

Birinci vitse-prezident Rusiya Federal Məclisi Federasiya Şurası sədrinin gördüyü işlərin əhəmiyyətini xüsusi vurğulayıb, bu fəaliyyətin Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə mühüm töhfə olduğunu deyib.

Azərbaycanda yenidən olmaqdan məmnunluğunu ifadə edən Valentina Matviyenko, ölkəmizə həmişə xoş niyyətlə gəldiyini söyləyib. Qonaq Azərbaycanda göstərilən qonaqpərvərliyə və diqqətə görə minnətdarlığını bildirib.

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşdüyünü, bu görüşün onun üçün böyük şərəf olduğunu bildirib.

Qonaq İlham Əliyev ilə Azərbaycan-Rusiya əlaqələrinin gələcək inkişafına dair fikir mübadiləsinin aparıldığını qeyd edib.

Orxan

Comments are closed.