Mehriban Əliyeva Rusiyanın “Dostluq” ordeni ilə təltif olundu

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif edib.

XALQ.AZ xəbər verir ki, Mehriban Əliyeva bu mükafata Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və gücləndirilməsində göstərdiyi xidmətlərə görə layiq görülüb.