Mehriban Əliyeva təbriklərə görə təşəkkür edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Dostluq” ordeni ilə təltif edilməyi münasibətilə ona ünvanlanan təbriklərə görə təşəkkür edib. 

XALQ.AZ xəbər verir ki, bu barədə Mehriban Əliyeva rəsmi “İnstagram” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

Birinci vitse-prezidentin paylaşımında belə deyilir: “Hörmətli həmvətənlər! Rusiya Federasiyasının dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif edilməyim münasibətilə təbriklərinizə görə sizə dərin minnətdarlığımı bildirirəm. Rusiyaya rəsmi səfərim zamanı mənə ünvanladığınız xoş, səmimi sözlərə görə sizə təşəkkür edirəm.

Öz fəaliyyətimdə mən daim sizin dəstəyinizi hiss edirəm. Sizin mənə inamınız, xoş münasibətiniz və səmimiyyətlə uğurlar diləməyiniz mənim üçün ən gözəl ilham mənbəyidir.

Çox sağ olun!”.

Orxan