Mehriban Əliyevadan Milli Musiqi Günü ilə bağlı paylaşım-Foto

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın “İnstagram” səhifəsində 18 sentyabr – Milli Musiqi Günü ilə bağlı paylaşım olub.

XALQ.AZ xəbər verir ki, paylaşımda qeyd edilib ki, 1885-ci il sentyabrın 18-də Azərbaycan bəstəkarlıq məktəbinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəyli anadan olub:”Onunla eyni ildə və eyni gündə Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar Müslüm Maqomayev dünyaya gəlmişdir. Hər iki dahi şəxsiyyətimizin xatirəsini dərin ehtiramla yad edirik”.

Orxan