Mehriban xanım Əliyevanın Moskva səfəri Rusiya ilə münasibətləri daha da möhkəmləndirəcək

Azərbaycanla Rusiya arasında münasibətlər qədim tarixə, mehriban qonşuluq və dostluq ənənələrinə əsaslanır. Rusiya Federasiyası ilə əməkdaşlıq məsələsi dövlətimizin xarici siyasətində həmişə prioritet təşkil edib. Bu gün də hər iki ölkənin liderləri bu münasibətlərin daha da dərinləşdirilməsi, iqtisadi-ticari əlaqələrin genişlənməsi istiqamətində uğurla fəaliyyət göstərirlər. Bütün sahələr üzrə müsbət dinamika müşahidə edilir. Dövlət başçıları səviyyəsində müntəzəm siyasi dialoq aparılır. Azərbaycan və Rusiya beynəlxalq arenada da bir-birinə dəstək verirlər. Zaur Mirzə-zadə bu barədə fikir və düşüncələrini bölüşərkən bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Moskvaya rəsmi səfəri zamanı keçirdiyi görüşlərdə də bütün bunlar barəsində söhbət getdi. Mehriban xanım Əliyevanın noyabrın 22-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşündə ona RF-nin “Dostluq” ordeninin təqdim olunması Moskva–Bakı münasibətlərinin nə dərəcədə yüksək zirvələrə qalxdığını göstərdi. Rusiya Prezidenti Novo-Oqaryovadakı iqamətgahında Mehriban xanım Əliyeva ilə görüşərkən, ilk növbədə, Azərbaycan Prezidenti ilə böyük etimada əsaslanan mehriban münasibətləri olduğunu bəyan etdi. Eyni zamanda, ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin artan həcmindən məmnun olduğunu bildirdi. Onun sözlərinə görə, bu ilin doqquz ayı ərzində əmtəə dövriyyəsi 26 faiz artıb. V.Putin Azərbaycanda rus dili və mədəniyyətinə münasibətin qorunub saxlanmasını yüksək qiymətləndirdi. Mehriban xanım Əliyeva isə Moskvanın onun üçün yaxın, doğma şəhər olduğunu, tələbəlik illərinin burada keçdiyini dedi. Rusiyanın yüksək dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif edildiyinə görə təşəkkürünü bildirdi və Prezident İlham Əliyevin salamlarını Prezident Vladimir Putinə çatdırdı. Mehriban xanım Əliyeva Rusiya ilə Azərbaycan arasında humanitar sahədə münasibətlərin yüksək səviyyədə olduğunu, Azərbaycanda rus mədəniyyətinə, rus dilinə çox böyük hörmət bəslənildiyini qeyd etdi: “Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Moskva Dövlət Birinci Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Bu ildən etibarən Azərbaycan Diplomatik Akademiyasının və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ikili magistr diplomları proqramının birgə həyata keçirilməsinə başlanıb. Azərbaycanda 338 məktəbdə tədris rus dilində aparılır, 14 dövlət ali məktəbində rusdilli bölmə fəaliyyət göstərir. Rusiyada 11 min azərbaycanlı tələbə təhsil alır və əlbəttə ki, Azərbaycanın çoxminlik rus icması ölkəmizin ümumi inkişafına öz layiqli töhfəsini verir”. Mehriban xanım Əliyeva Moskvaya rəsmi səfəri çərçivəsində Rusiya hökumətinin sədri Dmitri Medvedev və Federasiya Şurasının sədri Valentina Matviyenko tərəfindən də hərarətlə qarşılanıb. Azərbaycanın Birinci vitse-prezidenti Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində yenidən qurulmuş “Azərbaycan” pavilyonunun açılış mərasimində iştirak və çıxış edib. Bütün bunlar şimal qonşumuz Rusiyanın Azərbaycanla yüksək səviyyəli münasibətindən xəbər verir. İnanırıq ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Moskvaya səfəri bu münasibətləri daha da möhkəmləndirəcək.

XALQ.AZ

29.99 ₼ -dan başlayan qiymətlərlə
* Intel Core i3-2100 3.1GHz 2c
* 1x 500GB SATA və ya 1x 120GB SSD Disk Həcmi
* 4GB DDR3 RAM
* 50TB Trafik
* 100Mbit/s Sürət
Ətraflı məlumat üçün daxil olun:
https://hostimul.com/az/fiziki-server/