Mehriban xanım Əliyeva Hayrünnisə Gül ilə görüşmüşdür

 

5

 

Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Türkiyə Prezidentinin xanımı Hayrünnisə Gül Çankaya köşkündə görüşmüşlər.
Əvvəlcə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Türkiyə Prezidenti Abdulla Gülün xanımı Hayrünnisə Gül və Türkiyənin Baş naziri Rəcəp Tayyip Ərdoğanın xanımı Əminə Ərdoğan Çankaya köşkünü gəzərək buranı bəzəyən rəsm əsərlərinə baxmışlar.
Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Türkiyənin birinci xanımı Hayrünnisə Gül və Türkiyənin Baş naziri Rəcəp Tayyip Ərdoğanın xanımı Əminə Ərdoğan birlikdə nahar etmişlər.

 

76