media-94

ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum keçirilib. Forumda cənab Prezident Ona ünvanlanan müxtəlif səpgili suallara dolğun və əhatəli cavablar verməklə Azərbaycan-Ermənistan, sülh prosesi, regional və qlobal miqyasda baş verən proseslərə tam dəqiqliklə cavablar verilib. Sözsüz ki, beynəlxalq siyasətin müzakirəsinə həsr olunan bu tədbirin yeddinci dəfədir keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Ötən illərdə altmış ölkədən iki yüzdən artıq ekspert və alim Bakıda və azad edilmiş Qarabağın dörd şəhərində keçirilmiş bu müzakirələrdə iştirak edib və onlar daha sonra regional və qlobal məsələlərlə bağlı bir çox məqalələrlə çıxış edib. Bütün bunlar ölkəmizlə bağlı əsas həqiqətlərin və Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu siyasətin beynəlxalq miqyasda tərənnümündə olduqca əhəmiyyətlidir.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

O qeyd edib ki, bu ilki tədbirə yəni, ADA Universitetinin beynəlxalq konfransına rekord sayda – 80 əcnəbi iştirakçı qatılıb: “İştirakçıların 50 faizindən çoxu konfransda ilk dəfədir ki, iştirak edir. Konfransın mövzusu qlobal gündəmin cari vəziyyətinə uyğundur.

 Hazırda qlobal miqyasda tektonik hadisələr baş verir. Bir çox hallarda regional və qlobal münaqişələrə, siyasi səhnələrin radikallaşdırılmasına, millətçiliyin baş qaldırmasına rəvac verilir. Eyni zamanda çoxtərəfliyə edilən hücumlara, beynəlxalq hüququn zəifləməsi amilləri müşahidə edilir. Bunun fonunda isə güc və zorakılığın dominantlığı önə çıxır ki, bu da sonrakı dövrdə arzuolunmaz proseslərin baş verməsini səciyyələndirir”.
 Deputat hesab edir ki, bütün bunların fonunda Azərbaycan nəinki yerləşdiyi coğrafiyada, qlobal miqyasda vacib çağırışların, mühüm təşəbbüslərin müəllifidir: “Prezident İlham Əliyev rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət məhz bunun təşviq edir. Ötən il dünya üçün olduqca qlobal hadisə olan COP29 beynəlxalq tədbirlərinə uğurlu şəkildə ev sahibliyi etmiş Azərbaycan bunun nümunəsini ortaya qoyub. Çünki hazırda qlobal miqyasda baş verən proseslər ətraf mühiti, ekoloji tarazlığın pozulmasını, iqlim və ərzaq təhlükəsizliyi kimi təhlükəli tendensiyaları tətikləyir. Ölkəmizin davamlı olaraq ev sahibliyi ilə baş tutan beynəlxalq səviyyəli tədbirlər, Azərbaycan Prezidentinin vermiş olduğu mesajlar, etdiyi vacib çağırışlar regional və qlobal əhəmiyyətə malikdir”.
 Məlahət İbrahimqızı bildirib ki, əslində bu gün dünyada baş verənlər təkcə Azərbaycanın deyil, həmçinin digər ölkələrin əsas gündəliyini təşkil etməlidir: “Çünki bunlar bugünkü dünyanın ortaq xüsusiyyətləridir. Ölkəmizin başçısı də tədbirdə müxtəlif beyin mərkəzlərinin nümayəndələrinin suallarını ətraflı şəkildə cavablandıraraq Cənubi Qafqaz regionunda vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi ətrafındakı məsələlərə aydınlıq gətirib.
 Azərbaycanla Ermənistan arasında sülh sazişə nail olmaq üçün ölkəmizin prinsipial mövqeyi bir daha bəyan edilib. Vurğulanıb ki, Azərbaycan sülh prosesini davam etdirməkdə qərarlıdır. Tarixi ədalət, beynəlxalq hüquq bərpa edilib. Artıq region üçün qalıcı sülhün təmin olunması başlıca amildir. Dövlətimizin başçısı bir daha bəyan edib ki, Azərbaycan hər zaman olduğu kimi sülh mövqeyinə sona kimi sadiqdir”.

media-ads728x90

Bənzər xəbərlər