Merkel Azərbaycanda – Foto

İlham Əliyev və Angela Merkel iş adamları ilə görüşüblər

Bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin iş adamları ilə görüşü olub.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

İlham Əliyev və Angela Merkel iş adamları ilə görüşüblər

*****

Azərbaycan Prezidentinin və Almaniya Kanslerinin birgə mətbuat konfransı oldu

Avqustun 25-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin birgə mətbuat konfransı olub.

****

İlham Əliyevlə Angela Merkelin geniş tərkibdə görüşü keçirildi

Rəsmi qarşılanma mərasimi başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.

XALQ.AZ  xəbər verir ki,Azərbaycan Prezidenti və Almaniyanın Federal Kansleri görüşdə çıxış ediblər.

****

Merkelin rəsmi qarşılanma mərasimi oldu

Azərbaycan Respublikasına səfərə gələn Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin avqustun 25-də rəsmi qarşılanma mərasimi olub.

XALQ.AZ xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Almaniyanın Federal Kanslerinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın Federal Kansleri Angela Merkeli qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Almaniyanın Federal Kanslerinə raport verdi.

Prezident İlham Əliyev və Federal Kansler Angela Merkel fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Almaniyanın Federal Kansleri Azərbaycan əsgərlərini salamladı.

Almaniya Federativ Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Federal Kansler Angela Merkelə, Almaniya Federativ Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniyanın Federal Kansleri Angela Merkelin qarşısından keçdi.

Azərbaycan Prezidenti və Almaniyanın Federal Kansleri rəsmi foto çəkdirdilər.

****

Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkel avqustun 25-də Azərbaycan Respublikasına səfərə gəlib.

XALQ.AZ xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Almaniyanın Kansleri Angela Merkeli hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

 

 

 

Orxan