Məşhur şərab oliqarxının BAŞI CƏNCƏLDƏ… – Oğlu axtarışda olan iş adamını qızı məhkəməyə verib
Bir müddət öncə açıqlamasına görə bankdan üzr istəyən, ardınca Ədliyyə Nazirliyi ilə məhkəmə çəkişməsində olan şərab oliqarxı heç demə qızı Günel Məmmədhəsənova tərəfindən də məhkəməyə verilibmiş.
XALQ.AZ xəbər verir ki, buna səbəb tərəflərin şirkətin səhmləri məsələsində razılığa gələ bilməməsi olub. Tərəflər arasında gərginliyi artıran digər bir məsələ isə Naiq Məmmədhəsənovun həyatında başqa bir amilin olması ehtimalıdır.
Məlumat üçün qeyd edək ki, Günel Məmmədhəsənova həm də “Tovuz Reatil” MMC-nin təsisçisidir.
Naiq Məmmədhəsənovun içində olduğu daha bir hüquq çəkişməsi isə paytaxtın üçüncü mikrorayon bazarı ilə bağlıdır. Vaxtilə iki iş adamı tərəfindən qurulan bazara sonradan üçüncü şərik qismində daxil olan Naiq Məmmədhəsənov, bu gün bütün bazarın sahibliyinə iddia edir. Elə bu səbəbdən də keçmiş şəriklər arasında gərginlik güc orqanları və məhkəmə zallarına daşınmaqdadır.
Naiq Məmədhəsənovun sabiq şərikləri hesab edir ki, min bir əziyyətlə qurduqları bazara “Tovuz-Baltiya” MMC rəhbərinin iddia etməsi həm qanun, həm də ədalət baxımından yolverilməzdir.
Naiq Məmmədhəsənovun oğlunun Fransada axtarışa verilməsi ilə bağlı da məlumat var.Naiq Məmmədhəsənovun oğlunun Fransda bir xanımı döydüyünə görə axtarışa verildiyi bildirilir.
Onu da qeyd edək ki, ölkənin spirtli içki bazarında aparıcı yer tutan Naiq Məmmədhəsənov, Bakı, Tovuz və Respublikanın bir çox şəhərlərində çoxlu sayda müxtəlif təyinatlı obyektlərə,restoran və digər ictimai iaşə obyektlərinə sahibdir. GundemXeber.az