Metro nə vaxt işə düşəcək? – AÇIQLAMA

“Karantin rejiminin yumşaldılmasına getdikcə metronun yenidən fəaliyyətə başlaması məsələsi nəzərdən keçiriləcək.”

XALQ.AZ-ın məlumatına görə, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında bildirib.

V.Qasımov qeyd edib ki, karantin dövründə metronun fəaliyyətinin dayandırılması və yerüstü nəqliyyat vasitələrinə üstünlük verilməsi vacib idi.