Metroda tibbi maska taxmaq tələb olunacaq

Pandemiya dövründə metroya daxil olanda tibbi maska taxmaq tələb olunacaq.

XALQ.AZ “koronavirusinfo.az” saytına istinadən məlumatına görə, bu barədə Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin təsdiqlədiyi ictimai nəqliyyatda koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlərində məlumat verilib. 

Qeyd edilib ki, bilet kassalarının, ödəməterminallarının qarşısında, nəqliyyat vasitəsini gözləyərkən və yola düşdükdə – metro stansiyalarına daxil olduqda tibbi maska taxmaları tələb olunmalıdır. Eyni zamanda məsafə saxlamaları üçün nəqliyyat vasitələrinin gözləmə məntəqələrində – yerdə/platformalarda və s. müvafiq işarələnmə aparılmalıdır.