Metroya, avtobusa maskasız girməyin! – DİN-dən daha bir ÇAĞIRIŞ

Metroya, avtobusa, eləcə də bütün ictimai nəqliyyata tibbi maska taxmadan daxil olmaq qadağandır”.


XALQ.AZ xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat katibi, polis polkovniki Ehsan Zahidov bildirib.

E.Zahidov qeyd edib ki, əks halda vətəndaşlar metroya və avtobusa buraxılmayacaq:

“Onlar yaxınlıqda olan apteklərdən, metroda təşkil edilən səyyar satış məntəqələrindən maska əldə edə bilərlər”.

DİN rəsmisi metropolitendə karantin qaydalarını pozanların konkret sayının olmadığını açıqlayıb:

“Karantin qaydalarının pozulması tibbi maskadan istifadə edilməməsi və sosial məsafənin gözlənilməməsidir. Belə olan halda da onlar ictimai nəqaliyyata buraxılmırlar”.