Metroya görə bazar bağlanır

7

 

 

Ərazi metropolitenin mülkiyyətinə verilib.

Moskva hakimiyyəti cari ilin fevral ayının 15-də Saritsinoda yerləşən meyvə-tərəvəz təsərrüfat bazarını bağlamaq qərarına gəlib.

Oxu.Az bu xəbəri İTAR-TASS-ın Moskvanın ticarət və xidmət Departamentinə istinadən yaydığını bildirib.Departament nümayəndələrinin verdiyi məlumata görə bazar metropolitenin mülkiyyətinə verilib.Xatırladaq ki, bazar 1998-ci ildə paytaxt hakimiyyəti tərəfindən təşkil edilib və Dövlət Unitar Müəssisəsi kimi qeydiyyata alınıb. 2005-ci ildə müəssisə ASC kimi təsnifləndirilib. Əvvəllər Şəhər Əmlak Departamenti “Vıxino” və “Saritsino” bazarlarını özəlləşdirməyi planlamayıb. Departamentin sabiq-başçısı Nataliya Boçarova qeyd edirdi ki, gələcəkdə bazarların yerləşdiyi ərazi nəqliyyat vasitələrinin inkişafı üçün istifadə edilə bilər.