Metroya yalnız bu şərtlə buraxılacaqsız

Xəbər verdiyimiz kimi, sabahdan Bakı Metropoliteninin fəaliyyəti bərpa edilir. 

XALQ.AZ xəbər verir ki, Operativ Qərargahın yaydığı məlumata görə, metrostansiyalara yalnız yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə veriləcək.

Qeyd edək ki, martın 31-dən fəaliyyətini dayandıran Bakı metrosu sabah 06.00-dan etibarən açılacaq.