Meyxanaçının vəziyyəti pisləşdi

“İmkan olmadığından məcburiyyət qarşısında onu evə gətirdik”

Məşhur meyxanaçı Ağakərimin (Kərim Novruzov) səhhəti yenidən pisləşib.

XALQ.AZ xəbər verir ki, bu barədə  meyxanaçının yaxın qohumu Rüstəm məlumat verib. O, bildirib ki, hazırda Ağakərim xəstəxanadan evə aparılıb:

“Qəflətən səhhəti pisləşdi. Apardıq həkimə, müayinədən sonra məlum oldu ki, ayaqları tutulub. Həkimlər bunun beyinlə əlaqəli olduğunu dedilər. Bir neçə gün xəstəxanada qaldı. Amma müalicə üçün imkan olmadığından məcburiyyət qarşısında qalıb, onu evə gətirdik. Hazırda gözləyirik, ümid Allahadır”.

Qeyd edək ki, meyxanaçı Ağakərim 2017-ci ildə insult keçirib. Bununla əlaqədar o, dəfələrlə müalicə olunsa da hələ də normal həyata qayıda bilməyib.

 

Orxan


Comments are closed.