MİDA “Güzəştli mənzil” sistemini bərpa etdi

“Güzəştli mənzil” sistemində elektron kabinetlərinizə giriş artıq aktivləşdirilib”.
XALQ.AZ xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) vətəndaşlara müraciətində bildirilir.
Məlumatda həmçinin deyilir ki, saat 15:00-da satış başlanılacaq.
“MİDA elektron kabinetinizə girişlə əlaqədar yaranan problemlərlə bağlı 108 Çağrı mərkəzinə müraciət etməyi xahiş edir”, –  müraciətdə qeyd olunub.
***12.11
Bu gün saat 11:00-da Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin təkrar güzəştlə satışına başlanılmalı olsa da, proses baş tutmayıb.
Satışın həyata keçirilməsi üçün “Elektron hökumət” portalında (e-gov.az) yaradılmış “Güzəştli mənzil” sisteminin işində problem yaranıb.
Məsələ ilə bağlı MİDA vətəndaşlara müraciət edib. Müraciətdə bildirilir ki, mənzil seçimi prosesi hazırda dayandırılıb. Proses bugün saat 15:00-dan etibarən aktivləşdiriləcək.
Orxan