Mikayıl Cabbarov Hindistanın səfiri ilə görüşüb

Vergilər naziri Mikayıl Cabbarov Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna ilə görüşüb.

XALQ.AZ xəbər verir ki, bu barədə   Vergilər Nazirliyindən məlumat verilib.

Məlumata görə, nazirliyin rəhbər şəxslərinin də iştirak etdiyi görüşdə “Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” layihəsi və Azərbaycanla Hindistan arasında ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.