Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin edildi

Prezident İlham Əliyev Mikayıl Cabbarovun Azərbaycan Respublikasının Vergilər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 

XALQ.AZ xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilib.