Mikayıl Cabbarov Mixail Mişustinlə görüşüb

Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov Moskvada Rusiyanın Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinlə görüşüb.

 

XALQ.AZ xəbər verir ki, görüşdə iki ölkənin vergi orqanları arasında əməkdaşlıq və təcrübə mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub.

Tərəflər vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində hər iki ölkədə son illər həyata keçirilmiş islahatlar barədə fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, hazırda dünya vergi orqanlarının prioritet fəaliyyət istiqamətlərindən biri vergi inzibatçılığında informasiya texnologiyalarının daha geniş tətbiqinə nail olmaqdır. Bu mənada, hər iki ölkədə rəqəmsal texnologiyaların tətbiqi sahəsinə xüsusi diqqət yetirilir.

Görüşdə Federal Vergi Xidmətinin yüksək vəzifəli şəxsləri Rusiyanın vergi inzibatçılığında rəqəmsal texnologiyalar sahəsində tətbiq olunan son yeniliklərlə bağlı təqdimatlarla çıxış ediblər.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.