Mikayıl Cabbarov Moskvada sədr seçildi

Rusiyanın paytaxtı Moskvada MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının XXVI iclası keçirilir.

XALQ.AZ xəbər verir ki, iclasda Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.

İqtisadiyyat naziri M.Cabbarov 2020-ci il üçün MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının sədri seçilib. Şuranın növbəti iclasının Bakıda keçirilməsi barədə qərar qəbul olunub.