Mikayıl Cabbarov SECO rəsmiləri ilə görüşüb

27 Sentyabr vergilər naziri Mikayıl Cabbarov İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) Makroiqtisadi Dəstək üzrə Proqram rəhbəri Reto Veyermanın rəhbərlik etidiyi nümayəndə heyəti ilə görüşüb.

XALQ.AZ xəbər verir ki, məlumata görə, görüşdə SECO ilə Nazirlik arasında əməkdaşlıq məsələləri, vergi sahəsində həyata keçirilməsi nəzərdə tutulan Qlobal Vergi Fondu layihəsi, habelə digər layihələr barədə fikir mübadiləsi aparılıb, təşkilatın İsveçrə-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi işlərin əhəmiyyəti qeyd edilib.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.