Milena Nəbiyeva çağırış etdi- Aksiyada bu ailələrə yardım edilidi-Fotolar

Bir çox sosial, yardım layihələrinin müəllifi olan “Həyata Ümid” İctimai Birliyinin rəhbəri tanınmış rəssam Milena Nəbiyeva, ramazan ayında da öz xeyriyyəçilik missiyasını yerinə yetirir. 

XALQ.AZ-ın məlumatına görə aztəminatlı, şəhid və qazi ailələrinə ərzaq yardımı olunmasına təşəbbüs göstərib.

Bir neçə gündür davam edən aksiya Bakının Xəzər,Suraxanı,Sabunçu , Nərimanov, Nizami və digər ərazilərdən olan aztəminatlı ailələrə çatdırılıb.

Bunula bağlı M.Nəbiyeva çağırış edərək bu aksiyanın davamlı olması üçün birlikdə bu işin görülməsi və ramazan ayında ehtiyaclı insanlara yardım edilməsini bildirib.

XALQ.AZ