Millət vəkili aktyoru belə təbrik etdi – Fotolar

1594298670 1566221600 9f42281b 987a 4ed9 9d91 ebaf1fdafc9f

Millət vəkili Qənirə Paşayeva tanınmış aktyor Allahverdi Yolçuyevi Mədəniyyət Komitəsində qəbul edərək, aktyorun qarşıdan gələn ad gününü (avqustun 20-i) təbrik etdib.

XALQ.AZ xəbər verir ki, xanım millət vəkili, ona yeni sənət uğurları arzulayıb və qayğıları ilə maraqlanıb:

“Artıq Mədəniyyət Nazirliyi və bir sıra digər qurumlarla tanınmış aktyor Allahverdi Yolçuyevin qayğı və problemləri, səhhəti ilə bağlı danışmışıq və ümidvarıq ki, uzun illərdir sənət aləmində olan tanınmış aktyorun qayğıları diqqətdə saxlanılacaq. Allahverdi müəllimə can sağlığı, yaradıcılıq fəaliyyətində bundan sonra da uğurlar arzu edirik”.

Görüntünün olası içeriği: 4 kişi, ayakta duran insanlar ve iç mekan
Görüntünün olası içeriği: 1 kişi, oturuyor ve iç mekan

XALQ.AZ